24 Fevral 2025

Çinin Uhan şəhərində tornado ciddi fəsadlar törədib, ölənlər və yaralalananlar var

Çinin Hubey əyalətinin Uhan şəhərində tornado baş verib.

APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 23.9 m / s-yə çatan külək binalara ziyan vurub, ağaclar kökündən çıxarıb.

Yerli hakimiyyət orqanları yaralıların sayını dəqiqləşdirir.

Qeyd edək ki, tornado mayın 14-də Jianqsu əyalətini də vurub. Nəticədə 6 nəfər ölüb, 21 nəfər yaralanıb. Şenqze qəsəbəsində elektrik təchizatı kəsilib, bir neçə bina dağılıb.