29 Mart 2024

Bu xəstəxananın baş həkimi vəzifəsindən AZAD OLUNDU

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb.

Media1.az-ın məlumatına görə, o, yaş həddinə görə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanda çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.(Report)