27 İyul 2024

Bu şəxslərə xurma yemək olmaz

Yapon xurması adlanan, Azərbaycanda bol yetişən sarı xurma çox faydalı olsa da, bu mövsüm meyvəsi bir çox insanlara zərərlidir.

Xurma böyrəkləri xəstə olanlara olmaz. Çünki o, təbii sidikqovucu olduğu, bədəndə artıq mayeni qovduğu üçün böyrəkləri yükləyə bilər. Eləcə də qəbizlikdən əziyyət çəkənlər xurma yeməməlidir. Yapon xurmasında olan tanin çoxluğu büzücü effekt verir, bu da bağırsaqları daha da bərkidir.

Günə 3-4 ədəd xurma yedikdə isə mədədə bərk kütlələr – bezoarlar əmələ gəlir. Mədə-bağırsaq keçməməzliyi yarana bilər. Eləcə də bağırsaqlarında şiş olanlar ehtiyatlı olmalıdır.

Bu meyvədə çox miqdarda şəkər olduğu üçün diabetlər mövsümündə cəmi 1-2 ədəd xurma yeməklə kifayətlənməlidir.(medicina.az)