27 İyul 2024

Bu gün ölkəmiz Cənubi Qafqazda sabitliyin təminatçısıdır

Azərbaycan növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. Daha dəqiq desək, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Onların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu sadə statistika həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Artıq keçirilməsinə alışdığımız və sanki gündəlik təcrübəmizə çevrilmiş bu tədbirlər əslində Vətənimiz Azərbaycanın beynəlxalq status və nüfuzunu o qədər artırıb ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.

Böyük iqtisadi gücə malik Azərbaycan bir sıra regional və beynəlxalq layihələrin icrasında aparıcı rola malik dövlət olaraq tanınıb. Bu baxımdan dünyanın əksər ölkələri Azərbaycanla iki tərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında və birgə layihələrin icrasına can atırlar. Aparılan müdirik xarici siyasət müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan nüfuzlu beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrinin daha da genişləndirilməsinə yeni-yeni tövfələr verir. Ölkəmizin BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdirib. Azərbaycan hazırda bir sıra beynəlxalq qurumlarda təmsil olunmaqla həm də prinsipial qərarların qəbulunda əhəmiyyətli rola malik dövlət kimi tanınır.

Ölkəmizin beynəlxalq aləm də böyük hörmətə və nüfuza malik olmasının nəticəsidir ki, bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə maraq artıb. Bu baxımdan elə bir ay olmur ki, hansısa beynəlxalq nüfuza malik seminarın, toplantının, konfransın Azərbaycanda keçirilməsi halı olmasın. Nəzərə almaq lazımdır ki, Qlobal Bakı Forumu artıq beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış mötəbər tədbirlərdən biridir. Azərbaycan Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən bu tədbir artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusu qazanıb. Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, eneryi təhlükəsizliyi kimi məsələləri daim gündəmdə saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna da mühüm töhfə verib.

Azərbaycan Prezidenti İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışı dünya mətbuatının manjet mövzusuna çevrilib. Əksər aparıcı televiziyalar Prezident İlham Əliyevin çıxışı ətrafında tanınmış siyasi şərhçilərin iştirakı ilə müzakirələr qurur.

Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bir sıra mələlərə diqqət çəkməklə yanaşı Fransanın Afrikada apardığı müstəmləkə siyasətindən, Ermənistanı silahlandırmasından, Azərbaycana qarşı olan qərəzli mövqeyindən və digər demokratik dünyanın hədəflərinə zidd fəaliyyətindən danışıb. Yenilməz Sərkərdə, Prezident İlham Əliyev bildirdi ki, iqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınılması Qələbəmizi mümkün etdi.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı