27 İyul 2024

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimi keçirilib. Ölkə rəhbəri bildirib: “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.

Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq. Təbii ki, cəmiyyət, vəzifəli şəxslər, dövlət qurumları burada vahid siyasət aparır və bu siyasət gündəlik həyatda özünü göstərir.

Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Həmçinin dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu özündə milli maraqları əsas götürərək xalqımızın parlaq gələcəyinə böyük stimul verir. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub.

Azərbaycan bundan sonrada Prezident İlham Əliyevin rəhbəliyi və uzaqgörən siyasəti sayəsində yeni uğurlara və tarixi zəfərlərə imza atacaqdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı