22 Dekabr 2024

BMT Çinin Uyğur bölgəsinə müşahidəçilərin buraxılmasına nail olmağa çalışır

BMT Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna müşahidəçilərin buraxılması ilə bağlı rəsmi Pekinlə “ciddi danışıqlar” aparır.

APA xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş “CBS” telekanalına müsahibəsində deyib.

“Hazırda İnsan Haqları üzrə Ali Komissarlıq İdarəsi və Çin rəsmiləri arasında ciddi danışıqlar aparılır”, – deyə Baş katib bildirib.

O, BMT-nin insan haqları üzrə ali komissarının Çinə məhdudiyyət qoyulmadan səfər edə biləcəyi ilə bağlı razılığın əldə olunacağına ümid etdiyini vurğulayıb.