Bir həftədə Fələstindən İsrailə 3 mindən çox raket atılıb

“Təhlükə realdır. Milyonlarla israilli atəş altında yaşayır”
Fələstin hərəkatları – HƏMAS və İslami Cihad son yeddi gün ərzində İsrailə 3000-dən çox raket atıb. Media1.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilib.
“Təhlükə realdır. Milyonlarla israilli atəş altında yaşayır. Özümüzü qorumağa davam edəcəyik”, – deyə İsrail Ordusunun açıqlamasında bildirilib.
Qeyd edək ki, mayın 10-dan etibarən İsrail və Fələstin qrupları, HƏMAS da daxil olmaqla qarşılıqlı raket hücumları həyata keçirirlər. Qarşıdurmalar və kütləvi hücumlar nəticəsində ən az 200 nəfərin öldüyü, təxminən 600 nəfərin yaralandığı qeyd edilir. Qurbanların deyilən saydan daha çox ola biləcəyi bildirilir.