27 İyul 2024

Bərdənin Yeni Daşkənd kəndində Şəhid Məhərrəmov Mehdi Əmirxan oğlunun 50 illik yubileyi qeyd olunmuşdur

Keçirilən anım tədbirində Bərdə RİH-nin məsul əməkdaşı, SHCDX-in nümayəndəsi, şəhidin döyüş yoldaşları, şəhid ailələri,qazilər, kənd ictimaiyyəti iştirak etmişlər. Tədbirdə şəhidin həyat və döyüş yolundan bəhs edən çıxışlar edilmiş, məktəblilərin hazırladığı kompozisiyalar təqdim olunmuşdur.

Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburi köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.

Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.

11 mart 1992-ci ildə SHXÇDX-in Bərdə rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmiş, BABƏK-44 taborunun döyüşçüsü olmuşdur.

5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!