27 İyul 2024

Bərdəlilər qardaş Türkiyəyə yardım aksiyasına elliklə dəstək göstərib

Bərdənin müxtəlif ünvanlarında təşkil olunan yardım kampaniyalarına gün ərzində yüzlərlə bərdəli axın edib.

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə yardımlar gətiriblər.

Yardım kampaniyası Bərdə Peşə Liseyinin yanındakı ticarət obyektində və Bərdə Bələdiyyəsinin binasında fəaliyyət göstərən Azərbaycan Veteranlar Birliyinin Bərdə rayon şöbəsinin ofisində həyata keçirilib.

Bərdə Olimpiya , İdman oyunlarının binasında da yardımların toplanması barədə elan verilib.

Hazırda yardımların toplanmsı kampaniysı davam etdirilir.

Musa Muradlı- Media1.az