20 Aprel 2024

Bərdədə yaşıllıqlar susuzluqdan yanaraq məhv olur

Bərdədə illər öncə aparılan abadlıq quruculuq işləri sayəsində xeyli işlərin görüldüyünə şahidlik etmək olar.

2011-ci ildə yeni təyin edilən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev əldə olan resursları səfərbər etməklə qısa müddət ərzində yeni abadlaşdırılmış mənzərənin yaradılmasına nail oldu. Büdcədən maliyyələşən bütün təşkilatlar hər gün iməciliklərdə iştirak etməklə qədim şəhərin gözəlliyinə əl qatdılar. Görülən işlərə bütün bərdəlilər can başla qoşulur, hər gün yeniləşməni gördükcə qürur hissi keçirirdilər.

Ancaq indiki mənzərəni ürək ağrısı ilə izləmək bərdəlilər üçün çətindir. Min bir zəhmət hesabına yaradılan gözəlliklər məhv olur. Yol qıraqlarına əkilən ağaclar susuzluqdan məhv olur.

Rayonun Yevlax yolu istiqamətində Divanlı-Şorəlli kəndlərindən keçən magistral xəttin sağı solunda quruyan eldar şam ağaclarını görmək ürək ağrıdır. Qeyd edək ki, onlarla ağacı quruyub.

Gəlin min bir zəhmət hesabına böyütdüyümüz ağacların qayğısına qalaq.