27 Sentyabr 2023

Bərdədə şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü qeyd olunub

Bərdənin Qazaxlar kəndindən olan şəhidin doğum günü münasibətilə məzarı ziyarət edilib xatirəsi anılmışdır.

Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.

Leytenant Əlizadə Pərvin Vüqar oğlu 11.09.1993- cu ildə Bərdə rayon Birinci Qazaxlar kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş, Ağdərə istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə leytenant Əlizadə Pərvin Vüqar oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Allahdan şəhidimizə rəhmət diləyirik!