28 Mart 2024

Bərdədə işıqlar söndü: səbəb Alafarsın transformatora girməsi olub

Bərdədə son günlər işıqların sönməsi intensiv hal alıb.

LİVEPRESS-in xəbərinə görə mayın 24-də Bərdə şəhərinin Qaradağlı, Şorəlli yaşayış massivlərində saat 13-də sönən işıqların bərpası bir saatdan artıq vaxt çəkib. Ertəsi gün də işıqların sönməsi halı təkrarlanıb.

Bərdə Elektrik Şəbəkənin baş mühəndisi Sahib Məmmədovun bildirdiyinə görə, elektrik kəsintilərinə səbəb qəzaların baş verməsidir. Mayın 24-də Alafars vəhşi pişiyin transformatora girməsi qısaqapanma ilə nəticələnib. Transformatorun qoruyucu məftilləri sıradan çıxıb. Qəzanın aradan qaldırılması müəyyən vaxt çəkdiyindən ərazidə işıqların verilməsi dayandırılıb.