29 Mart 2024

Ağstafada 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

 

30 may 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağstafa şəhər 1 saylı Körpələr evi-uşaq bağçasında tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, Körpələr evinin uşaq və müəllim kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 1 saylı Körpələr evi-uşaq bağçasının musiqi rəhbəri Vüsalə Hüseynova uşaqların bayramını təbrik edib və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında geniş məlumat verib. Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev və 1 saylı Körpələr evi-uşaq bağçasının müdirəsi Samirə Mahmudova uşaqları təbrik edərək onlara ən xoş arzularını çatdırıblar. Həmçinin uşaqlara göstərilən diqqət və qayğıdan geniş bəhs olunub. Vurğulanıb ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Daha sonra bayram tədbiri uşaqların hazırladıqları maraqlı proqramla davam etdirilib.

Sonda YAP Ağstafa rayon təşkilatı tərəfindən alınan hədiyyələr 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara təqdim olundu. Dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyir, bütün uşaqların bayramını təbrik edir, xoşbəxt, sevincli və uğurlu bir həyat yolu arzu edirik