25 Dekabr 2024

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə görüşüb

Görüş müddətində regional idarənin rəhbərliyi ilə şəhər icra hakimiyyətinin başçısı arasında regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, şəhər icra hakimiyyəti  və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Regional idarənin rəisi Vəsilə Möhsümova bildirib ki, Mingəçevir şəhər mədəniyyət işçilərinin yüksək potensialı var, mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir. Bu ənənə davamlı olaraq mədəniyyət işçiləri tərəfindən həyata keçiriləcək. Regionda mədəniyyət siyasətinin uğurla  həyata keçirilməsində regional idarənin üzərinə böyük vəzifələr düşür və bundan sonra da çalışacıq ki üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Regionun mədəniyyət sahəsində müxtəlif  layihələr həyata keçirmək, əhaliyə göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək kimi görüləcək işlər regional idarənin qarşısında duran əsas hədəflərdəndir.