25 İyun 2024

Bərdə rayon Ağsaqqallar şurasının IV konfransı keçirilib VİDEO

İyunun 5-də Bərdə rayon Mədəniyyət mərkəzində rayon Ağsaqqallar şurasının IV konfransı keçirilib.
Konfrans başlamazdan öncə Ağsaqqallar şurasının rəhbərliyi, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev , Ağsaqqallar Şurası sədr müavini, millət vəkili Ağalar Vəliyev və xeyli sayda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.
Konfransda Rayon Ağsaqqallar Şurasının idarə heyyət üzvləri, yerli təşkilatlardan 72 nəfər ağsaqqal nümayəndə iştirak edib.
Ağsaqqallar şurası Bərdə rayon şöbəsinin iclasını Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açıb. Giriş nitqilə iştirakçıları salamlayan Vidadi İsayev Bərdə rayon Ağsaqqallar şurasının IV konfransının işinə uğurlar arzulayıb.
Bərdə rayon Ağsaqqallar şurasının sədri Yaşar Zamanov hesabat xarakterli çıxışında yerli əhəmiyyətli problemlərə toxunub. Bildirib ki, belə məsələlərdən biri də rayon xəstəxanasının binası xidmətə olan təlabatı tam ödəmir. Bu və ya digər aktual məsələlərlə bağlı əlaqədar qurumlara mütəmadi olaraq müraciətlər olunur , problemlərin həlli istiqamətində səylər göstərilir.

Bərdə şəhər Ağsaqqallar şurasının sədri Əliş Şərifov da çıxış edərək ölkədə həyata keçirilən uğurlu siyasətdən danışıb. Mühtəşəm qələbələrdə Ümummilli lider Heydər Əliyevin başlatdığı və müasir siyasətin mahir ustası İlham Əliyev siyasətinin əvəzsiz rol oynadığını vurğulayıb. Çıxışının sonunda Bərdə rayon Ağsaqqallar Şurasının fəaliyyətindən danışan Əliş Şərifov hesabatı qənaətbəxş hesab edib.
Yaşar Zamanovun hesabat çıxışı şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.Konfransda Respublika Ağsaqqallar Şurasının müavini, Millət Vəkili Ağalar Vəliyev də çıxış edib. Bərdə rayon Ağsaqqallar şurasının fəaliyyəti qənaətbəxş hesab edilib.
Onu da qeyd edək ki, millət vəkili Ağalar Vəliyev Bərdə rayon Ağsaqqallar şurasına 7 nəfərlik müxtəlif sanatoriyalarda dincəlmək üçün “yollama” sənədi təqdim edib. Bununla yanaşı 30 nəfərin Şuşa ziyarətinə götürülməsini təklif edib.

Musa Muradlı – Media1.az