25 İyun 2024

“Ekoloji İnformasiya ” İB-nin ofisində layihə təqdimatı olub.

“Ekoloji İnformasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihəsinə başladı.

Bu barədə 4 iyun 2024-cü ildə “Ekoloji İnformasiya” ictimai birliyinin ofisində keçirilən təqdimat mərasimində layihənin rəhbəri, “Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradlı danışıb.

Təşkilat sədri Musa Muradlı bildirib ki, “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib elan edilən layihələrdəndir. Layihə 3 ay boyunca Mərkəzi Aran İqtisadi rayonunun Ağdaş,Ucar, Göyçay, Kürdəmir, Yevlax , Zərdab rayonlarında icra olunacaq. Qarşıya qoyulan məqsəd Mərkəzi Aran iqtisadi rayonunun fermerləri arasında təmiz ekoloji məhsul istehsalının təşviqi və təbliğini həyata keçirməkdir. Fermerləri üçün seminar məsləhət tədbirləri təşkil olunacaq ki, bu da iştirakçı fermerlərin ekoloji təmiz məhsul istehsalı sahəsindəki bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir.

Layihə təqdimatı zamanı bir sıra təşkilati texniki məsələlər müzakirə olunub,qarşıda duran vəzifələrdən danışılıb.

Musa Muradlı- Media1.az