18 İyun 2024

Bərdə məktəblilərinin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub

Bu gün Bərdədə məktəblilərin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.
Sərgidə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilarların rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri, şagirdlər, KİV təmsilçiləri, rayon sakinləri iştirak ediblər.
Sərginin keçirilməsində əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.
Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda və Bərdə Rəsm Qalereyasının qarşısında keçirilən sərgidə bir-birindən maraqlı əl işləri nümayiş olunub və bu da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Rayon rəhbəri tədbir iştirakçıları ilə birlikdə sərgiyə baxış keçirib, şagirdlərin çəkdikləri rəsm və hazırladıqları əl işlərinin hər biri ilə yaxından tanış olub, şagirdlərə gələcək fəaliyyətlərində bol-bol uğurlar arzulayıb.