Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “ Şuşa ili başladı” adlı tədbir keçirilib

Tədbirdə bir-birindən maraqlı rəqslər göstərilib, şer və mahnılar səsləndirilib.
Media1.az xəbər verir ki, fevralın 18-də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Şuşa ili ilə bağlı olaraq maraqlı tədbir təşkil edilib.
Əvvəlcə , kollecin direktoru Xosrov Musayev çıxış edərək Şuşanın gözəlliyindən danışıb. Bildirib ki, Şuşa şəhəri xüsusilə ümummilli lider Heydər Əliyevin 70-ci illərdə ölkəyə rəhbərlik etdiyi zaman abadlaşdırılmış, mədəniyyət mərkəzi kimi inkişaf etmişdir. 90-cı illərdə ermənilərin işğalına məruz qalan Şuşa şəhəri Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində azad edilib. Möhtərəm prezidentimizin müvafiq sərəncamı ilə 2022-ci il Şuşa ili elan olunub.
Kollecin müəllimi Aydın Zeynalov da çıxış edərək gənclərin maarifləndirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təşkil etdiyi səfər çərçivəsində Şuşada olduğunu, hələ yoldaikən yaşadığı hissləri qonaqlarla bölüşüb. Şuşada olarkən qəhrəman ordumuzun misli görünməyən, dünya hərb tarixində tayı -bərabəri olmayan , Azərbaycan ordusunun bu möhtəşəm şəhərə daxil olmaq qüdrətini düşünüb.
Musa Muradlı Şuşa ilində Azərbaycanın baş tacı olan bu şəhərdə qarşıdan gələn ayda ağacəkmə aksiyasını təşkil etmək niyyətində olduğunu bildirib.
Natiqlərin maraqlı fikirlərindən sonra tədbir rəqs,şer və mahnı ilə davam etdirilib.
1 saylı Bərdə şəhər İncəsənət məktəbinin şagirdləri bir-birindən maraqlı rəqslər nümayiş etdiriblər.Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Əli Əzizlinin ifasında Şuşanın azad olunmasını tərənnüm edən şerlər səsləndirilmiş, tamaşaçılarda kövrək hisslər yaranmışdır. Sonda Azərbaycanın sevilən müğənnilərindən biri olan Ramin Bayramovun ifasında Xudayar təsnifi oxunmuşdur.
Onu da qeyd edək ki, tədbirin hazırlanmasında Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecilə yanaşı Bərdə şəhər 4 saylı Mədəniyyət klibunun müdiri Nisə xanım Ağalarova və kollektivi birgə iştirak etmişdilər.
Media1.az- Musa Muradlı






