08 Sentyabr 2024

Bayden 2022 üçün 6 trilyon dollar tələb etdi

ABŞ Prezidenti Co Bayden strateji sahələrlə bağlı 2022-ci il üçün büdcədən 6 trilyon dollar ayrılmasını tələb edib.

Axar.az xəbər verir ki, bu məbləğdən ən böyük pay enerji sektoruna sərmayə üçün nəzərdə tutulub. Bu sahəyə 800 milyard dollar ayrılması planlaşdırılıb.

Bayden müdafiə xərcləri üçün də 715 milyard dollar nəzərdə tutub.

PKK/YPG-nin daxil olduğu proqrama 522 milyon dollar ayrılması təklif edilir.

Müdafiə xərcləri içərisində ən böyük rəqiblərdən sayılan Çinə qarşı mübarizə də var.

Həmçinin, Bayden ABŞ Dövlət Departamenti üçün büdcədən 58,5 milyard dolların ayrılmasını istəyib.

Qeyd edək ki, layihə il sonunda ABŞ Konqresində müzakirəyə çıxarılacaq.