01 Mart 2024

Baş Prokuror İlyas İsmayılovu bağ evində ziyarət etdi – FOTOLAR

Ədalət Partiyasının sədri, keçmiş Baş Prokuror İlyas İsmayılovun 85 yaşı tamam olub.

Globalinfo.az bildirir ki, yubileyi ərəfəsində İ.İsmayılov dövlət tərəfindən mükafatlandırılıb.

Bu haqda politoloq, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib. E.Şükürlü özünün Facebook səhifəsində bunları yazıb:

“Bu gün bayram sevincimizə daha bir sevinci Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev qatdı.

Əvvəlcə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev partiyamızın sədri İlyas İsmayılova zəng vuraraq, ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi təbriklərini çatdırdı.

Ardınca da, heç gözləmədiyimiz halda, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev İlyas İsmayılovu Nardarandakı bağ evində ziyarət edərək, ona Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquq sisteminin inkişafı, qanunçuluq və hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaşlıq hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki xüsusi xidmətlərinə görə “Azərbaycn Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiliey medalını və vəsiqəsini təqdim etdi.

Partiyamızın sədri İlyas İsmayılova göstərilən bu diqqət və ehtiramı 44 günlük Vətən Savaşı zamanı əldə edilmiş milli birliyin və siyasi həmrəyliyin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevə Ədalət Partiyası adından minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, iqtidar-müxalifət münasibətlərində yaşanan və bütün sağlam siyasi qüvvələrin də görmək istədiyi bu xoş atmosfer bundan sonra da davam etdiriləcək və bir dövlət ənənəsinə çevriləcək”.

Malik
Globalinfo.az

Bir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar, çiçək və içəridə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.