Bakıda növbəti “Hindistan günləri” sərgisi keçiriləcək

Bu ilin mart ayında Bakıda “Hindistan günləri” sərgisi keçiriləcək.
Bunu “İki sahil”ə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.
Onun sözlərinə görə, Bakı İdman Sarayında təşkil olunacaq sərgidə 70-dək şirkət öz məhsullarını nümayiş edəcək.
“Ənənəvi olaraq, hər altı aydan bir keçirilən bu sərgi pandemiya səbəbindən ötən il təxirə salınmışdır”, – deyə V. Kumar əlavə edib.
Qeyd edək ki, sərgidə Hindistanın çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik məmulatları nümayiş olunacaq.