27 May 2024

Bakıda külək güclənəcək, bəzi rayonlarda yollar buz bağlayacaq – HAVA PROQNOZU

Azərbaycan ərazisində fevralın 16-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.