24 Dekabr 2024

“Azərbaycanlıların deportasiyası” – müsabiqə davam edir

“Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən azərbaycanlıların sonuncu 1948-1953-cü il və 1988-1991-ci il deportasiyalarının növbəti ildönümləri ərəfəsində “Azərbaycanlıların deportasiyası” mövzusunda fərdi jurnalist yazılarının müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi hər iki deportasiya ilə əlaqədar tarixi həqiqətləri bir daha Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq, SSRİ və Ermənistan rəhbərliklərinin deportasiyadan niyyətlərini, erməni faşizminin əli ilə bölgənin türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin mahiyyətini ortaya qoymaq, deportasiya ilə bağlı yeni fakt və sübutları üzə çıxarmaq, ictimailəşdirmək, geri qayıdışın hüquqi yollarını axtarmaq, bu mövzuda jurnalist araşdırmalarını stimullaşdırmaqdır.
 
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
 Müsabiqənin vaxtı:
– müsabiqəyə 2021-ci il dekabrın 1-dən 2022-ci il martın 1-ə qədər olan müddətdə dərc olunmuş və həmin tarixə qədər heç harada dərc edilməmiş yazılar qəbul olunur;
– müsabiqəyə martın 5-dən15-ə qədərki müddətdə yekun vurulur və nəticəsi mətbuatda elan olunur.
 
İştirak meyarı:
–         müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər;
–         müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
–         münsiflər heyəti üzvləri müsabiqəyə yazı təqdim edə bilməz.
 
Yazıların qəbulu qaydası: Ünvan: Ziya Bünyadov pr. 48/54
Ayna Sultanovanın heykəlinin yaxınlığında Tel: ( 012) 562 39 65
e-mail: vetenyolu@gmail.com


–         yazının dərc olunduğu mətbuat orqanı (qəzet) – 1 nüsxə;
–         yazının elektron variantı (Times New Roman (12) şriftində – CD diskdə) – 1 nüsxə;
–         yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir)  – 3 nüsxə.

 Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
I yer üçün 1 nəfər (300 manat);
II yer üçün 2 nəfər (200+200 manat);
III yer üçün 3 nəfər (100+100+100 manat);
Həvəsləndirici mükafat – 5 nəfər.

Qaliblər həmçinin Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İctimai Birliyinin  xüsusi diplomu ilə təltif ediləcəklər. Müsabiqənin bütün iştirakçılarına Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Təşəkkürnaməsi təqdim olunacaqdır.

Müsabiqənin qaliblərinin məqalələri kitab şəklində nəşr ediləcəkdir.