27 İyul 2024

Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətt üzrə uğurla davam etməkdədir

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq – energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində çox mühüm rol oynayan ölkəyə çevrilib.Prezident İlham Əliyevin apardığı xarici siyasət sayəsində dünyada mühüm missiyaya malik ölkələrlə qupulan əlaqələr ölkəmizin dünyadakı həm iqtisadi, həm siyasi gücünü hər ötən gün daha da artırmaqdadır.Yaxın tarixə kimi Azərbaycan dünyada təbii sərvətləri, təbii ehtiyatları ilə tanınıırdısa, indi bir sıra konfliktlərin həllində əsas rol oynayan dövlət kimi dünyada böyük nüfuz qazanmaqdadır.

Prezident İlham Əliyevin 21 may tarixdə Lirva Respublikasına rəsmi səfəri Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.Bu səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirildi və vacib sənədlər imzalandı. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir.

Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır. Prezident cənab İlham Əliyev Azərbaycanla Litva arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək qeyd etdi ki, “bu iki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bunlar qarşılıqlı etimadın, qarşılıqlı inamın və təbii ki, qarşılıqlı siyasi tərəfdaşlığın nəticəsidir. Azərbaycanla Litva etibarlı iqtisadi tərəfdaş olmaqla bərabər, etibarlı siyasi tərəfdaşdır.”

Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının məsləhətçisi