Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
![](https://media1.az/wp-content/uploads/2022/12/1fc8d8841d08ed183abfd938354ef444.jpg)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 499 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 269 nəfərdir.
Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 382 375 test aparılıb.
![Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb](https://apa.az/storage/news/2022/december/04/big/638c955ff2f90638c955ff2f911670157663638c955ff2f8e638c955ff2f8f.jpg)