29 Mart 2024

Azərbaycanda iki hərbçi faciəli şəkildə həyatını itirdi

Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Media1.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Unikal.az-ın əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi Azərbaycan Ordusunun hərbçisidir. Nicat Nəbiyev müddətdən artıq xidmət edən hərbi qulluqçudur (MAXE). Elvin Quliyev isə gizir rütbəsini daşıyır.