29 Mart 2024

Azərbaycanda 11-ci sinif şagirdi bıçaqlanıb

Şirvanda 11-ci sinif şagirdi bıçaqlanıb.Media1.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Yeni qəsəbədə məskunlaşan Zəngilan sakini, 2006-cı il təvəllüdlü Mahmudzadə Ülvü Azər oğlu həmyaşıdı tərəfindən bıçaqlanıb.

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.