25 Oktyabr 2024

Azərbaycan sülhsevər siyasətinə sadiqdir

Məlum olduğu kimi, mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak etdi və geniş məzmunlu çıxış etdi.

Azərbaycan dövləti hər zaman sülh tərəfdarı kimi çıxış edir. 44 günlük Vətən müharibəsindən qalib şıxan dövlətimizin mövqeyi regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi olub. Ali Avrasiya İqtisadi Şurasının iclasındakı müzakirələrdə ölkə başçımız İlham Əliyevin növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçib: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”.

Bu gün Bakı və Moskva 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. Nəzərə alsaq ki, bu razılaşma həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Bu, o deməkdir ki, Rusiya da təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan Zəngəzur dəhlizinin açıqlamasında maraqlıdır.

Azərbaycan-Ermənistan münasibətlərin gərginləşməsi, sülhün əldə olunmaması Avrasiya İqtisadi Şurasının gələcək fəaliyyətinə də uyğun deyil. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistanın baş nazirinin tez-tez çaşması dünya ictimaiyyətinin gözlərindən yayınmırdı. Paşinyan “replika”sında “dəhliz” sözü ilə bağlı çaşqınlıq yaşadığını aşkar şəkildə ortaya qoydu. Öz siyasi diletantlığı ilə tez-tez gündəm olan Ermənistan liderinin “dəhliz” termini ətrafında uzun müddətdir davam edən spekulyasiyalarına birdəfəlik cavab verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin sərrast cavabları qarşısında çaşqın vəziyyətdə qalan Paşinyan siyasi müstəvidə növbəti uğursuzluğunu yaşadı. Azərbaycan Prezidenti Moskvada Paşinyana siyasət dərsi keçdi, beynəlxalq hüququ izah etdi.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi