15 İyun 2024

Azərbaycan Kubokunun qalibləri bəlli oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun qalibləri bəlli olub.

Musavat.com xəbər verir ki, qadınlarda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) Kubokun qalibi adını qazanıblar.

Kişilərdən isə Dəniz Cabbarlı (55 kq), Elşən Məmmədov (61 kq), Tehran Məmmədov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Nurlan Məmmədzadə (89 kq), Yaşar Qurbanov (96 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (+109 kq) qalib olublar.

Əlavə olaraq, Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında Kubokun ən yaxşıları müəyyənləşib.

Belə ki, Azərbaycan Kubokunun ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan Kubokunun qalibi Qazax rayonu yığma komandası olub. 2-ci ən yaxşı komanda Lənkəran, 3-cü ən yaxşı isə Qobustan təmsilçiləri olub.