Azərbaycanın və Rusiyanın XİN arasında sənəd imzalanıb
Məsləhətləşmələr Planını Ceyhun Bayramov ilə Sergey Lavrov imzalayıblar
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.
Media1.az xəbər verir ki, sənədi nazir Ceyhun Bayramov ilə nazir Sergey Lavrov imzalayıblar.