Aqrar sahənin yeganə inkişaf yolu innavativ texnologiyaların tətbiqidir

Torpaqdan səmərəli istifadə edilmənin isə bir yolu var. Yeganə çıxış yolu dünyanın kənd təsərrüfatı sahəsində inkişaf etmiş ölkələrində olduğu kimi, kənd təsərrüfatında innovasiyaların tədbiqidir. Müqayisə apardıqda görürüki, Azərbaycanda indi innovasiyalara ən çox ehtiyac olan sahə məhz kənd təsərrüfatıdır. Qəti əminliklə, demək olar ki, aqrar sahənin bütün sektorlarında innovasiyaların tətbiqi həm torpaqların əkinə yararlılığını qoruyar, həm də aqrar sahədə sahibkarlıq fəaliyyətinin əlverişliliyi artırar ki, bununla da ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə yerli istehsal hesabına təminatı tam həllinin tapar.
İnnovasiya fəaliyyəti iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsidir.İnnovasiya — yüksək səmərələliyə malik yeniliyin tədbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati – texniki, maliyyə – iqtisadi və digər hallar hesab edilir.
«İnnovasiya» termin latın dilində «innovato» sözündən olub, «yenilənmə» və «yaxşılaşma» denəkdir.Termin elmi tədqiqatlarda XIX əsrlərdə meydana gəlib. «Iqtisadi innovasiya» anlayışı XX əsrin əvvəllərində Avstriya iqtisadçısı Yozef Şumpeterin «The Theory of Economic Development» (1934) əsərindən geniş içtimaiyyətə daxil oldu.
İNNOVASIYA DEDIKDƏ NƏ NƏZƏRDƏ TUTULUR? İNNOVASIYA YENILIKDIR. LAKIN HƏR YENILIK INNOVASIYA SAYILA BILMƏZ. İNNOVASIYA ELƏ BIR YENILIKDIR KI, O TƏDBIQ EDILDIYI SAHƏDƏ MÜSBƏT DƏYIŞIKLIKLƏRƏ SƏBƏB OLUR, SƏMƏRƏLILIYI ARTIRIR. KONKRET OLARAQ AQRAR SAHƏDƏN SÖHBƏT GEDIRSƏ, INNOVASIYA TORPAĞIN ŞUMLANMASINDAN BAŞLAYARAQ, MƏHSULUN ƏKILMƏSINDƏN, ONA QULLUQ EDILMƏSINDƏN, SUVARILMASINDAN, BECƏRILMƏSINDƏN, MƏHSULUN SAXLANILMASINA, SATILMASINA QƏDƏR BÜTÜN MƏRHƏLƏLƏRI ƏHATƏ ETMƏSI ZƏRURIDIR.RƏQABƏT QABILIYYƏTLI, INNOVATIV SƏNAYE MÜASIR DÜNYA BAZARINA ÇIXIŞ ÜÇÜN HƏLLEDICI FAKTORDUR.
Xosrov Musayev Aqrar elmlər üzrə fəlsəfə doktoru