13 Yanvar 2025

Aleksey Navalnı aclıq aksiyasını dayandırıb

Rusiyalı müxalifətçi və bloger Aleksey Navalnı məhkum olaraq qaldığı Pokrov islah düşərgəsində başladığı aclığı dayandırdığını bəyan edib.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun özünün “instagram” səhifəsində məlumat yayılıb.

“Mən zəruri həkimin göndərilməsi tələbimdən vaz keçmirəm. Lakin hazırda ayaq və əllərimdə hissiyatın öldüyünü bildirirəm. Mən bunun nə olduğunu və necə müalicə edildiyini bilmək istəyirəm. Bu səbəbdən bütün şərtləri də nəzərə alaraq aclığı dayandırdığını bəyan edirəm”,-deyə müxalif siyasətçinin “İnstagram” səhifəsində bildirilir.

Xatırladaq ki, Aleksey Navalnı bu ilin mart ayının 31-dən Vladimir vilayətində məhkum olaraq qaldığı düşərgədə aclığa başladığını elan etmişdi. O, zəhərlənmə hadisəsindən sonra həbsxana şəraitində lazımi şəkildə müayinə olunmadığına görə, vəziyyətinin pisləşməyə doğru getdiyini bildirib.

Dünən Navalnıya görə Rusiyada minlərlə insan bütün ölkə ərazisində etiraz aksiyaları keçirib.