18 Aprel 2024

Aktrisa Tünzalə Əliyevanın qızı üçün fond yaradılmasına aydınlıq gətirdi

Əməkdar artist Ülviyyə Əliyeva  Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifindən danışıb.

Media1.az bildirir ki, bu barədə o, instaqramda açıqlama yayıb. Aktrisa fonda yalnız aktyorların köməklik göstərəcəyini bildirib:

“Xalq artisti Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun xalqa aidiyyəti yoxdur. Fond incəsənət xadimləri, aktyorlar üçündür. Yalnız onlar ora pul yatıracaq ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, ya da cehizinə xərcləyər.
Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub, həm müalicəsində, həm ev almasında”.

Xalidə Gəray