25 İyun 2024

Ağstafanın mədəniyyət işçiləri 15 iyun – Milli Qurtuluş Günü münasibəti tədbir təşkil ediblər

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

10 iyun 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatında 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini Solmaz Nağıyeva bildirib ki, Milli Qurtuluş günü Azərbaycan tarixinin dönüş nöqtəsidir. Xalqımızın, Azərbaycan dövlətçiliyinin xilas tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ümummilli lider Heydər Əliyevdir. Qədirbilən xalqımız öz böyük xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.


Daha sonra çıxış edən natiqlər – “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının üzvləri  Günay Qədiməliyeva və Yeganə Əhmədova, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər. Qeyd olunub ki, illər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq. Çünki dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.