26 İyul 2024

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir


07 iyun 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Statistika idarəsi” Ərazi Partiya Təşkilatında “Ağstafa Sukanal sahəsi”, “Doğum evi” və “Peşə məktəbi” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş filmin təqdimatı olub.


Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildirib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Daha sonra çıxış edən natiqlər – “Statistika idarəsi” Ərazi Partiya Təşkilatının sədri Rahilə Namazova və partiya fəalı Nərgiz Şıxməmmədova Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən və tariximizə ulu öndər Heydər Əliyev tərəfindən qızıl hərflərlə həkk olunan 15 İyun – Milli Qurtuluş Günü haqqında geniş məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.