19 Mart 2024

Ağstafada bayram şənliyi keçirilib

Xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən Novruz bayramı münasibəti ilə Ağstafada ümumrayon tədbiri keçirilib.

Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul şəxsləri, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müsəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi ehtiva edən eksponatlar, özfəaliyyət dərnəklərinin dövlətçiliyimizə, milli dəyər və adət-ənənələrimizə həsr etdikləri rəsm, əl işlərindən ibarət sərgilər, xalqımızın qədim mətbəxini, məişətini əks etdirən guşələr  tədbir iştirakçıları tərəfindən böyük həvəslə izlənilib.  Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.

Sonda bayram tonqalı alovlandırılıb.