29 Mart 2024

Ağstafada 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Anım tədbirində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun idarə, müəsissə və təşkilatlarının kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksinin önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla anılıb.

Həmçinin şəhidlərin məzarları da ziyarət olunub, şəhid ailələri ilə görüşülüb və onlara dərin hüznlə baş sağlığı verilib.

Ölkə ərazisində olduğu kimi Ağstafada da Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!