31 Yanvar 2023

Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Qəhrəmanlar Parkında yerləşən rəmzi məşəli ziyarət edib.

Bərdə Regional Mədəniyyət İdarəsinin aparat üzvləri və müəssisə rəhbərləri Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Qəhrəmanlar Parkında yerləşən rəmzi məşəli ziyarət edib, önünə gül dəstələri düzərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.