ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ-nin Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunması, ABŞ-nin onların suverenliyinə və müstəqilliyinə dəstək verməsini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yolunu seçmək hüququnu vurğulayacaq. O, həmçinin Birləmiş Ştatların bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu vurğulayacaq.
Doktor Donfrid iyunun 15-də və 16-da Bakıda səfərdə olacaq, Prezident İlham Əliyevlə, digər hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Dövlət katibinin köməkçisi Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair diplomatik səylərə ABŞ-nin dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinə dəstəyini, transmilli təhlükələrə qarşı mübarizəni, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin və investisiyaların təşviqi sahəsindəki tərəfdaşlığı vurğulayacaq.
İyunun 17-də dövlət katibinin köməkçisi Donfrid Tbilisiyə səfər edəcək və o, prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Beynəlxalq Qadın Konfransında nitq söyləyəcək. Doktor Donfrid həmçinin Tbilisidə baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, Kremlin Ukraynaya qarşı əsassız müharibəsini və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə ABŞ-nin davamlı dəstəyini müzakirə edəcək. Dövlət katibinin köməkçisi həmçinin Birləşmiş Ştatların Gürcüstanı demokratik inkişafın və qanunun aliliyinin təbliğində, Gürcüstan iqtisadiyyatının diversifikasiyasında və çiçəklənən gələcəyin qurulmasında bundan sonra da necə dəstəkləyə biləcəyini müzakirə edəcək.
Dövlət katibinin köməkçisi Donfrid daha sonra iyunun 18-də Ermənistanın paytaxtı Yerevana səyahət edəcək və orada baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək. O, bizim ortaq dəyərlərə əsaslanan güclü tərəfdaşlığımızı və Ermənistanın demokratik inkişafı üçün qarşılıqlı öhdəliyimizi vurğulayacaq.