11 Oktyabr 2024

ABŞ 16 Türkiyə şirkətinə sanksiya tətbiq etdi

ABŞ 16 türk şirkətini sanksiya siyahısına əlavə edib.

Media1.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqladığı sənəddə qeyd edilir ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.

ABŞ Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi çərçivəsində 93 xarici şirkətə qarşı ixrac məhdudiyyətləri tətbiq edib.