Lavrov Ermənistan və Azərbaycana səfər edəcək
Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək.
Media1.az-ın xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək.
M. Zaxarova qeyd edib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistanda səfərdə olacaq.