24 Dekabr 2024

Simonyan Baydeni SƏRT TƏNQİD ETDİ: “Ermənilər ABŞ üçün bir silahdır”

Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı bəyanatını sərt tənqid edib.

Publika.az xəbər verir ki, erməni jurnalist bu barədə özünün “Teleqram” kanalında paylaşım edib.

O, ABŞ-ın yüz ildir bu “soyqırımı” tanımadığını bildirib.

M.Simonyan Baydenin açıqlamasını geosiyasi vəziyyətlə əlaqələndirib: “Bir əsrdən artıq bir müddətdə Amerika və onun liderləri xalqımın “soyqırımı”nı tanımadılar. Çünki geopolitik vəziyyət belə idi və siyasi konyunktur daha vacib olub. İndi isə Bayden belə bir bəyanat verdi. Bayden bu bəyanatı ona görə vermədi ki, o, artıq həqiqətin inkarına dözə bilmir. Bu, ədalət tərəfdarı olduğu üçün deyil. Çünki anın geosiyasi vəziyyəti dəyişdi. Biz sadəcə bəyanat olan vərəqlərdən məmnun deyilik. Əslində, ABŞ elitasının ermənilə münasibəti yoxdur – nə yaxşı, nə də pis. Ermənilər ABŞ üçün sadəcə bir silahdır. Hansı ki, yüz ildir bir anbarda saxlanılırdı. Buna görə mən bu gün xoşbəxt deyiləm, kədərlənirəm”.