24 Dekabr 2024

Zelenski Putinlə görüşdən gözləntilərini açıqlayıb

“Rusiya lideri ilə görüş münaqişənin böyüməsinin qarşısını ala bilər”

Ukrayna Prezidenti Vladimir Zelenski “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən gözləntiləri açıqlayıb.

Media1.az xəbər verir ki, Zelenskinin fikrincə, Donbassdakı münaqişə hazırda qitədəki yeganə iri münaqişədir: “Rusiya lideri ilə görüş münaqişənin böyüməsinin qarşısını ala bilər. Mövcud danışıqlar formatlarına əlavə olaraq, bu gün birbaşa prezidentlər arasında danışıqlara da ehtiyac var”.

“Bölgədəki qarşıdurma təkcə Ukraynanı deyil, bütövlükdə Avropadakı sabit vəziyyəti dəyişəcək, buna əminəm. Hərbi əməliyyatların qarşısının alınması üçün konkret bir plan gözləyirəm. Bunu necə hazırlayacağımızı dəqiq bilirik, ancaq qarşı tərəfin siyasi iradəsinə ehtiyacımız var”, – Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, Zelenski Putinlə Vatikanda görüşmək istədiyini bildirmişdi. O, Müqəddəs Taxtın sülh haqqında dialoq üçün ideal yer olduğunu  qeyd etmişdi.

Kremlin mətbuat katibi Dmitri Peskov isə president administrasiyalarının mümkün görüşün hazırlanması ilə bağlı davamlı təmasda olduqlarını, ancaq görüşün keçiriləcəyi yerin hələ bilinmədiyini açıqlayıb.