Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdü
Əhmədinejad prezident seçkilərində namizədliyini irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.
O, Seçki Qərargahına gələrək 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, Mahmud Əhmədinejad İranın 6-cı prezidenti olub.
Xatırladırıq ki, prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması səbəbindən İranda növbədənkənar prezident seçkiləri keçirilir. Hazırda namizədlərin qeydiyyata alınma mərhələsidir.