25 İyun 2024

Bu gün Türkiyənin bəzi bölgələrində yenidən yerli seçkilər keçirilir

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdən sonra edilən etirazlar nəticəsində bəzi rayon və qəsəbə bələdiyyələrində seçkilərin yenilənməsi qərara alınıb.

APA CNN Türk-ə istinadən xəbər verir ki, 3 rayon və 4 qəsəbədə 58 min 259 seçici bu gün yenidən sandıq başına gedərək səs verəcək.

Türkiyə Yüksək Seçki Qurulunun (YSK) yerli seçkilərin yenilənməsinə qərar verdiyi 3 rayon və 4 mahalda bələdiyyə başçılığı üçün bu gün yeni seçkilər keçiriləcək. Aksarayın Güzelyurt, Kayseri Pınarbaşı, Şanlıurfanın Hilvan mahalları və Sivasın Yıldızeli Güneykaya mahalında da bələdiyyə məclis üzvlüyünün yenilənməsi seçkiləri keçiriləcək.

Yeniləmə seçkisində 58 min 259 seçici 312 səs verəcək. Yeniləmə qərarlarının qəbul edildiyi yerlərdə yeni seçicilər əlavə edilməyəcək.