08 Dekabr 2024

“Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində payız Düşərgəsi həyata keçiriləcəkdir

   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə füsunkar təbiətə malik Qəbələ rayonunda 01-03 noyabr 2024-cü il tarixlərində Payız  düşərgəsi keçiriləcəkdir.

   Düşərgənin keçirilməsində əsas məqsəd  gənclərin asudə vaxtlarını səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək və “gənc təbiət dostları” şəbəkəsinin formalaşmasıdır.

 Müsabiqə nəticəsində seçilmiş 20 nəfər yeniyetmə və gəncə ətraf mühitin qorunması istiqamətində müxtəlif maraqlı öyrənmə metodları və praktiki məşğələlər keçiriləcək.  Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər yaşıl dünya və ətraf mühitin qorunması təşəbbüsü istiqamətində aparılacaq.

 Düşərgədə təlimlər zamanı aşağıdakı mövzular müzakirə olunacaqdır :

• İqlim dəyişikliyinin fəsadları üzrə mübarizədə gənclərin rolu

• BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29;

• Ətraf mühitin qorunması istiqamətində icra edilən layihələrdə liderlik psixoloji təlimi;

• Layihə nədir? Ətraf mühit layihələrinin əsas aspektləri;

• “Gənc təbiət dostları” şəbəkəsinin formalaşdırılması və rayonlar üzrə layihə təkliflərinin müzakirəsi;

• Kiçik layihə təşəbbüslərinin təqdim olunması;

 Düşərgə üzrə ekspert Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovdur.