Ukrayna ordusu geri çəkildi – Şəhər ruslara təslim olur
Aylarla davam edən döyüşlərdən sonra Avdiv şəhərinin cənub-şərq ətrafındakı mövqelərdən geri çəkilmək barədə qərar qəbul edilib.
Bu barədə Ukrayna ordusunun “Tavriya” qoşun qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib.
“Düşməni effektli şəkildə ram edərək məhv etməyə imkan verdiyi müddətcə bu mövqelərdə idik”, – general deyib.
Tarnavski əlavə edib ki, geri çəkilmə qərarı şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq məqsədilə verilib.
“Taktiki olaraq bu mövqelərin işğalı düşmənə strateji üstünlük vermir və Avdivin müdafiə əməliyyatı çərçivəsində vəziyyəti dəyişmir. Hazırda qoşunların yenidən qruplaşdırılması, təchizatın artırılması və bölmələrin yeni mövqelərə yerləşdirilməsi işləri aparılır. Bölmələr planlaşdırılmış şəkildə gücləndirilir”, – general vurğulayıb./Teleqraf.com