27 İyul 2024

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Afrika ölkəsi Çadda ərzaqla bağlı fövqəladə vəziyyət elan edilib.

Musavat.com xəbər verir ki, bu barədə fevralın 16-da yerli “Tchadinfos” nəşri məlumat yayıb.

Qeyd olunub ki, dövlət əhalinin ən həssas təbəqələrini qidalandırmaq üçün humanitar yardımdan istifadə edəcək.

Bunun üçün ərzaq yardımının göstərilməsinə nəzarət edəcək bölmə də yaradılıb.