Əsir düşən Rusiya generalı barədə maraqlı məlumatlar – QƏDDAR VƏ QAPALI
Rusiyanın Ukraynadakı “Cənub” ordu qruplaşmasının komandanı, general-polkovnik Andrey Sıçevin harda əsir götürüldüyü məlum olub.
Musavat.com Ukrayna mənbələrinin məlumatına əsasən xəbər verir ki, ordu komandanı Xarkov yaxınlığında sentyabrın 6-da Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı əsir götürülüb. İlk günlər A.Sıçev öz rütbəsini gizlətməyə, özünü polkovnik kimi təqdim etməyə nail olsa da, dünən onun əslində kim olduğu üzə çıxıb.
Əslən Kubandan olan A.Sıçev Rusiya ordusunun ən peşəkar, eyni zamanda ən qapalı zabitlərindən biri hesab olunur. O, fevralın 28-dən işğalçı müharibəyə cəlb olunub, Ukraynanın Melitopol və Mariupol şəhərlərinin işğalına rəhbərlik edib. A.Sıçev tabeliyindəkilərə qarşı amansızlığı ilə tanınır. Avropa Birliyi onu Ukraynadakı işğalda aktiv iştirakına görə sanksiya siyahısına salıb.