İdarə rəisi Tərtər rayonundan olan şəhid ailələrini ziyarət edib

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Tərtər rayon mədəniyyət işçiləri Tərtər rayonundan olan Vətən müharibəsi şəhidləri Hacıyev Qubad Cəmil oğlunun və Abbasov Mehman Sovet oğlunun ailələrini ziyarət edib.
İdarə rəisi Vəsilə Möhsümova çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi igidlik və şücaətdən, xalqımızın birliyindən, şanlı Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vuraraq məğlub etməsindən bəhs edilmişdir.
Qeyd edək ki, Bərdə Regional Mədəniyyət idarəsinin Bərdə və Tərtər rayonları, Mingəçevir və Yevlax şəhərləri üzrə mədəniyyət işçiləri tərəfindən mütəmadi olaraq şəhid ailələri, qazilər ziyarət edilir, onlara lazımi diqqət və qayğı göstərilir.
Media1.az






